Hündürdaban ayaqqabının əslində fermerlər və döyüşçülər üçün nəzərdə tutulduğunu bilirdinizmi?

12:29 - 2.07.2018


2 iyul, Fineko/abc.az. Dəbi sevən hər qadın tək geyim deyil, həm də gözəl hündürdaban ayaqqabı üçün hər şeyə qadirdir. Hündürdaban ayaqqabı ilk yarandığı dövrdə heç də qadınlar üçün olmayıb. Ilk olaraq hündür daban ayaqqabıları qədim misirlilər geyiniblər. Onlar hündürdaban ayaqqabıdan torpaq yolda rahat gəzə bilmək üçün istifadə etmişlər.

Yunanıstanda isə hündürdaban ayaqqabı ilk dəfə tamaşalarda oyunçular tərəfindən hündür görünmək üçün istifadə edilib. Onlar əsasən tanınmış simaları oynayarkən hündürdaban ayaqqabıdan istifadə ediblər. Yunanıstanda hündürdaban ayaqqabı katurn adlanırdı və bəzən 10 sm-dən hündür ola bilirdi. 

Yalnız 1509-cu ildə rus mənbələrində hündürdaban ayaqqabı sözünə rast gəlinir. Qədim Rusiyada hündürdaban ayaqqabıdan atlılar istifadə edirdilər. Hündürdaban ayaqqabıla yəhərdə oturmaq daha rahat idi. Barokko dönəmində hündürdaban ayaqqabı geniş istifadə edilməyə başlayır və kişiləin qarderobunun əsas elementlərindən birini təşkil edirdi. Rusiyada kişi geyimi kimi tətbiqini isə fransız əsilli zabit gətirmişdir. 

Türkiyədə isə hündürdaban ayaqqabı ilk dəfə cariyələrə məcbur geyindirilirdi ki, onlar hərəmdən qaça bilməsinlər. 
Yaponiyada isə geta sandalları məhşur idi. Onlar 8-ci əsrin ikinci yarısında meydana çıxsa da günümüzdə də istifadə edilməkdədir. Getanı yapon kimonolarını çirklənməkdən qorumaq üçün istifadə edirdilər. Hündürlüyü isə fəslə görə dəyişirdi. 
Boyu uzatmaq məqsədilə isə hündürdaban ayaqqabı 1533-cü ildən sonra istifadə edilməyə başladı və ilk dəfə Yekaterina Mediçi öz toyunda geyinmişdi. Daha sonra sarayın digər qadınları arasında da yayılmağa başlamışdır.

Boy probleminə görə təkcə qadınlar deyil, kişilər də hündürdaban ayaqqabıdan istifadə etmişlər. Məsələn,  XV-ci Lyüdoviqin ayaqqabılarının dabanı 10 sm dən çox olurdu.
Hündürdaban ayaqqabıların istifadəsinədək ayaqqabılarda sağ və sol ayaq fərqi yox idi. Ilk olaraq 17-ci əsrdə sağ və sol qəlibdən istifadə edərək ayaqqabılar istehsal olunmağa başlamışdır.

Həmçinin bəzi dönəmlərdə hündürdaban ayaqqabıun hündürlüyü təbəqələrə görə fərqlənirdi. Yüksək təbəqə ən hündür ölçünü geyinə bilərdi. 
XVII əsrin ortalarında ingilis parlamenti hündürdaban ayaqqabı geyinən qadınları cadugərlikdə günahlandıraraq ölüm hökmü verirdi.
Yalnız XVIII əsrdən sonra kişilər hündürdaban ayaqqabıdan imtina etdilər və o qadın geyim atributu kimi təsdiqini tapdı.

 

Bütün xəbərlər