Depozit hərracında 760 milyon manatdan çox vəsait təklif edilib

13:01 - 2.07.2018


2 iyul, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, hərracda 350 milyon manat cəlb edilib.

“Depozit hərracına 762,4 milyon manat təklif edilmişdir.  Orta ölçülmüş faiz dərəcəsi  8,01% təşkil etmişdir”, - deyə məlumatda bildirilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

 

 

Bütün xəbərlər