Xərçəng xəstəliyinə risk qrupuna kimlər daxildir?

02.07.2018,14:45


Hər il 10 mln insana xərçəng diaqnozu qoyulur. Statistika mütəxəssislərinin gəldiyi qənaətə görə 2020-ci ilədək bu rəqəmin 20 mln-a çatması gözlənilir.

Onkoloji xəstəliklər bir çox səbəblərdən yarana bilər. 

Qida konserogenləri
Hər üç xərçəng xəstəsindən birində xəstəliyin yaranma səbəbi qidalanmadır. Sadə karbohidratlar   və transyağlar konserogen qidalar qrupuna daxildir. Həmçinin sübut olunmuşdur qidaların normadan çox qızardılması zamanı konserogen maddələr əmələ gəlir. Həmçinin normadan artıq zülal da xəstəliyin yaranmasına səbəb ola bilər. Buna görə rasional qidalanmaq və meyvə və tərəvəz qəbulunu artırmaq lazımdır. 


Genetik meyllik
Xəstələrin 10% də ailəvi anamnezdə onkoloji xəstə mövcuddur. Bu rəqəm çox olmasa da risk qrupuna aiddir.

Viruslar

Uşaqlıq boynu xərçəngi olan xəstələrdə papilloma virusu, leykozun aqressiv formalarında T-limfotrop virus, qaraciyərin birincili xərçəngi olan xəstələrdə isə xroniki hepatit (B, C) virusunun aşkarlanması xərçəngin virus etiologiyalı olmasl fikrini yaradır.

Oturaq həyat tərzi 

Oturaq həyat tərzi keçirən insanlarda düzvə yoğun  bağırsaq xərçənginin yaranma riski artır. Qadınlarda uşaqlıq və ya endometriumun xərçənginin səbəbi də bununla əlaqəlidir. 

Pis vərdişlər- alkoqol və siqaret

Çoxsaylı araşdırmalar göstərir ki, onkoloji xəstəliklər və siqaret çəkmə ilə birbaşa əlaqə mövcuddur və ilk növbətə ağciyər xərçəngi. Siqaret çəkənlərdə daha sonra qida borusu, qırtlaq, ağız boşluğu və digər orqanlarn xərçənginə də rast gəlinir və bu passiv siqaret çəkməyə də aiddir. Təxminən xərçəngdən ölüm hallarının beşdə birində (20%) siqaret çəkmək durur. Həddən artıq alkoqol qəbulu isə həzm sistemi və qaraciyər xərçənginin yaranmasına səbəb ola bilər. 

Xarici mühit faktorları

Xarici mühitin konserogen faktorlarına avtomobillərdən atmosfera buraxılan hava, məişətdə istifadə edilən kimyəvi maddələr, azbest, plastik əşyalar, sənaye tullantıları- benzol, formaldehid və s aiddir. Həmçinin ultrabənövşəyi günaş şüaları, radiasiya onkoloji xəstəliklərin əsas səbəbkarlarından hesab olunur. 

Stress və Depressiya

Onkoloji xəstəliklərin yaranmasında psixoloji durum da böyük əhəmiyyət kəsb edir. 

İmmunitetin zəifləməsi

İmmun hüceyrələrimiz- neytrofillər, makrofaqlar orqanizmi yad cisimlərdən, eləcə də onkohüceyrələrdən qoruyur. İmmu sistem zəiflədiyi zaman bu hüceyrələrin sayı və aktivliyi də zəifləyir ki, nəticədə onkoloji xəstəliklər inkişaf edir.