Azərbaycan bir neçə saatlıq enerjisiz qaldı

10:06 - 3.07.2018


3 iyul, Fineko/abc.az. İyul ayının 2-dən 3-nə keçən gecə Azərbaycanın bütün ərazisi, ölkənin elektrik enerjisinin əsas mənbəyi olan Mingəçevir Su Elektrik Stansiyasının transformatorlarından birinin sıradan çıxması səbəbindən enerjisiz qalmışdır.

Transformatorun sıradan çıxmasının səbəbi anomal hava şəraiti ilə əlaqədar, əhali tərəfindən elektrik enerjisinin fasiləsiz istifadəsi və transformatora düşən yük olub.

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Su Elektrik Stansiyasında aparılan bərpa işlərini şəxsi nəzarətinə götürüb.

Elektrik enerjisinin verilməsi bütün ölkə üzrə bərpa olunub, bu zaman, bütün müvafiq dövlət orqanları növbətçi rejimdə işləyirlər.

 

Bütün xəbərlər