British Council Peşə Təhsili üzrə Dövlət Agentliyi və turizm sənayesi ilə birgə peşə təhsili alan şagirdlərin iş üzrə imkanlarını genişləndirməkdədir

10:18 - 3.07.2018


Bakı 3 iyul, 2018-ci il – British Council Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və turizm sənayesi ilə birgə turizm-xidmət sahəsində kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübəyə əsaslanan proqram həyata keçirib. Bir il müddətində keçirilən proqramın nəticəsi olaraq proqramda təhsil alan 180 şagirdin bir çoxu artıq otellərdən iş təklifləri alıblar. Proqramın 2017-2018-ci akademik tədris ili  uğurla tamamlanıb və proqramın məzunları sertifikatlarla təltif ediliblər.

12 iyun, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində proqramın yekununa dair təntənəli sertifikat təltif etmə mərasimi keçirilib. Tədbirdə British Council-ın ölkə üzrə direktoru Elizabet Vayt, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov , Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fikrət Nəbiyev, tərəfdaş otellərin nümayəndələri , təlimçilər və tələbələr iştirak ediblər.

Proqram  2017-2018-ci akademik tədris ilində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Gəncə Dövlət Peşə Təhsili Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində uğurla həyata keçirilib və Aşpaz, Oteldə Konsiyerj və Təsərrüfat İşləri üzrə ixtisasları əhatə edib.

Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və İş üzrə təcrübə Proqramı  2016-cı ildə British Council tərəfindən Peşə Təhsili Agentliyi və Azərbaycanın 5 ulduzlu otellərinin birgə əməkdaşlığı ilə hazırlanıb.

Proqram çərçivəsində Birləşmiş Krallığın People 1st təşkilatı tərəfindən Oteldə Konsiyerj, Təsərrüfat İşləri üzrə Nəzarətçi və Aşpaz ixtisasları üzrə yeni tədris materiaları hazırlanıb və Bakı və regionlardan 22 müəllim təlimdən keçib.

Sənaye üzrə təcrübə proqramları turizm sektorunun davamlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda turizm sektorunun aparıcı otelləri proqramın həyata keçirilməsinə dəstək göstəriblər:

Absheron Otellər Qrupu, JW Marriott Absheron Baku Hotel, Four Seasons Hotel Baku, Hyatt Regency Baku Hotel, Fairmont Baku Hotel, Hilton Baku Hotel , PULLMAN Baku Hotel,  Landmark Hotel Baku, Excelsior Hotel & Spa Bakue, Holiday İnn Baku Hotel  və Gilan Turizm Qrupu otelləri. Beləliklə,  Gəncə Ramada Hotel və Gəbələdə 8 otel daxil olmaqla əməkdaşlıq etdiyimiz otellərin sayı 23 təşkil edir.

Otellər şagirdləri proqramın ilk günlərindən etibarən iş üzrə təcürbəyə cəlb edilməsinə razılıq verib və şagirdlər bu tipli təcrübəni proqramın ən dəyərli və həvəsləndirici hissəsi olduğunu qeyd ediblər.

Proqramın nəticəsi olaraq Azərbaycanda aidiyyatı sahə üzrə yüksək motivasiyalı təlimçilər hazırlanıb və proqramı uğurla bitirən məzunlar turizm sahəsində karyeralarına başlamağa hazırdırlar.

Peşə Təhsili üzrə Dövlət Agentliyi və otellər ilə birgə razılaşmaya əsasən proqramın 2018-2019-ci akademik tədris ilində Bakıda və Azərbaycanın digər regionlarında turizm üzrə ixtisaslaşmış peşə təhsili müəssisələrinə tətbiq edilməsi nəzərdə tutulur. 2018-2019-cu akademik il üçün sənədlərin qəbulu avqust, 2018-ci ildə başlayacaq.

British Council Azərbaycan fürsətdən istifadə edib Peşə Təhsili üzrə Dövlət Agentliyi və tərəfdaş otellərə dərin təşəkkürlərini bildirir.

 

Bütün xəbərlər