Bu gün 57625 şagird üçün buraxılış imtahanı keçirilir

10:30 - 3.07.2018


3 iyul, Fineko/abc.az.Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Bu gün ümumilikdə  57625  şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edəcək. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq. 

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılmışdır.  

 

Bütün xəbərlər