Azərbaycan neftinin qiyməti endi

11:56 - 3.07.2018


3 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,2 (1,61%) dollar enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,23 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin avqust ayının fyuçersi,  2 iyul tarixli ticarətin  nəticəsində, keçən nəticəyə nisbətən (iyunun 29-da – 74,15 dollar) 0,21 dollar enərək  73,94  dollar/barelə təşkil edib.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 2  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (29 iyun – 79,44 dollar) 2,14 dollar (2,7%) enərək bir barelə 77,30 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  azalır və 2 iyul tarixli ticarətin  nəticələrinə əsasən 3,36 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər