“Azərkosmos” yanvar-may aylarında 11 milyon dollar qazanıb

13:05 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Yanvar-may aylarında “Azərkosmos” peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 milyon dollar əldə edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmasına əsasən, ixrac gəlirləri ASC-in bütün gəlirlərinin 88%-ni təşkil edib.

“Hesabat dövründə ixrac edilən xidmətlərin dəyəri 1,6 milyon dollar təşkil edib. “Azərkosmos” Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, Ukrayna və digər ölkələrə xidmətlər ixrac edib”, - deyə icmalda qeyd edilir.

 

Bütün xəbərlər