Valyuta hərracında manat/dollar məzənnəsi dəyişmədi

13:42 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“Mərkəzi Bank iyulun 3-də Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib. Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,7000 AZN/1 USD səviyyəsində formalaşıb”, - AMB-dan verilən məlumatda belə deyilir.

İyunun 28-də keçirilən daha əvvəlki hərracda ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

Bütün xəbərlər