Rabitə Nazirliyi: Azərbaycanda sabit və fasiləsiz rabitə təmin edildi

03.07.2018,13:46


3 iyul, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə sabit telekommunikasiya təchizatının təmin edildiyini bildirir.

Nazirliyin məlumatında deyilir ki, iyulun 2-dən 3-nə keçən gecə rabitə şirkətləri Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyirlər.

“Əlavə qurğuların qoşulması nəticəsində, ölkə ərazisində stasionar mobil rabitə, internet, poçt, fasiləsiz televiziya və radio yayımları təmin edilib”, - məlumatda belə deyilir.