İlin əvvəlindən Azərbaycanda turistlər yarım milyon manat həcmində mal və xidmət əldə ediblər

14:16 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Yanvar-may aylarında Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min vətəndaş gəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalına əsasən, xarici vətəndaşlar axını il ərzində 10,1% təşkil edib.

“May ayında xarici vətəndaşlar bank kartları vasitəsilə 107,3 milyon manatlıq əməliyyatlar aparıblar ki, bu da 2017-ci ilin may ayına nisbətən 16% çoxdur”, - icmalda belə deyilir.

İcmalda qeyd edilir ki, yanvar-may ayları ərzində  xarici vətəndaşlar tərəfindən 513,7 milyon manat məbləğində bank əməliyyatları həyata keçirmişdir ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 21% çoxdur.

 

Bütün xəbərlər