İlham Əliyev Mingəçevir İES-da baş vermiş qəza ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam verib

15:00 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Dövlət Komissiyası qəzanın aradan qaldırılması məqsədi ilə yaradılıb.

Dövlət Komissiyanın sədri Baş nazirinin birinci müavini, Komissiya sədrinin müavini  energetika naziri,

Komissiyanın üzvləri daxili işlər naziri, fövqəladə hallar naziri, Baş prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” ASC-in prezidenti, “Azərişıq” ASC-in sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru təsdiq edilib.

 

Bütün xəbərlər