VTB (Azərbaycan) Rus mədəniyyət mərkəzinə hədiyyə edib

03.07.2018,16:15


Azərbaycanda Rus icmasının 25-illik yubileyi çərçivəsində bank VTB (Azərbaycan) Bakıdakı Rus mədəniyyət mərkəzini videoavadanlıqla təmin edib.

İndi tələb olunan proyektor və ekran kimi texniki avadanlıqlar hesabına mərkəzdə təhsil alanlar üçün müxtəlif seminar, treninq və təqdimatlar keçirmək mümkün olacaq.

“Azərbaycandakı Rus icması ilə aktiv əməkdaşlıq çərçivəsində bank VTB (Azərbaycan) Rus mədəniyyət mərkəzinə daim dəstək göstərir: ötən il biz buranı kompüter sinfi ilə təmin etmişdik. Nəticədə indi burada məktəblilər üçün informasiya texnologiyaları üzrə kurslar keçirilir. Yeni videoavadanlıq da burada daha çox sosial əhəmiyyətli tədbirlərin keçirilməsinə imkan verəcək” - deyə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.