Bakının nəqliyyat sistemi, praktiki olaraq, iflic vəziyyətindədir - metro işləmir, avtobuslar sərnişin daşımağı çatdırmır

10:32 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Mingəçevir İES-də iyulun 2-dən 3-nə keçən gecə baş vermiş və  iyulun 3-də axşam təkrarlanan qəza paytaxtın nəqliyyat sistemində ciddi problemlər yaradıb.

İyulun 3-də axşam saatlarında, enerji təchizatında növbəti nasazlıq zamanı, metro qatarlarının hərəkəti dayandı, insanları tunellərdən təxliyyə edildilər, təlaş olmadı, lakin vətəndaşların əksəriyyətinin halı pisləşmişdir və onlar  xəstəxanalara çatdırılmış, bəzilərinə isə metronun çıxışında yardım göstərilmişdir.

Ötən gün Bakmetropolitenin mətbuat xidməti bildirdi ki, elektrik enerjisinin çatışmazlığı səbəbindən metro iyulun 3-də fəaliyyət göstərməyəcək, bu gün də vəziyyət analojidir. Metronun əsas nəqliyyat vasitəsi olması səbəbindən, paytaxt avtobuslarında hazırkı vəziyyəti təsəvvür etmək olar.

Avtobuslar, bu cür sərnişin axınına hazır deyillər və bununla bağlı sərnişinlərin arasında ciddi  əngəllər və narazılıqlar müşahidə olunur. Bakmetropoliten hələ öz fəaliyyətinin yenilənməsinin müddətlərini açıqlamır, sərnişin axını, həmçinin isti hava şəraiti nəzərə alınmaqla, ehtimal ki, avtobuslar sadəcə sıradan çıxacaqlar və bu da Bakının ictimai nəqliyyatı üçün əlavə problemlər yaradacaq. Bakı avtobuslarının əksəriyyətində kondisionerlər quraşdırılmayıb.

Bakı Nəqliyyat Agentliyi bütün sərnişin avtobuslarının sərnişin daşınması prosesinə cəlb olunması üçün səylər göstərib.

Eyni zamanda, Bakı əhalisi üçün ciddi problemlər yaradan anomal hava şəraitini nəzərdən qaçırmaq olmaz. Bakıda havanın temperaturu bir neçə gündür ki, kölgədə 41-43 dərəcə arasında dəyişir. Şəhərdə su da yoxdur, çünki su operatoru elektrik çatışmazlığı səbəbindən su təmizləyici qurğuları işə sala bilmir.

 

Bütün xəbərlər