Bakı-Sumqayıt yolu istismara verildi

10:55 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Sumqayıt yolunun əsaslı təmirinin başa çatdığını elan etdi.

Yol, iyunun 28-də təmirə bağlanmış,  iyulun 3-də isə istismara verilmişdir.

Bu sahə, paytaxtdan çıxışlardan biridir və hər gün Sumqayıtdan, Xırdalandan və bir sıra şəhərətrafı yaşayış məntəqələrindən yüzlərlə insan Bakıya işə gəlir. Yolun bağlanması paytaxtda çalışan insanlar üçün ciddi problemlər yaratmışdır. Bu gün, metronun elektrik enerjisi çatışmazlığı səbəbindən işləməməsi zamanı yolun açılışı zəruri oldu. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində “Avtovağzal” metro stansiyası fəaliyyət göstərir. Metro işləmədiyindən, buradan insanlar şəhər mərkəzinə gedirdilər, əsas nəqliyyat vasitəsi isə bu gün pulsuz işləyən avtobuslardır.

 

Bütün xəbərlər