Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib/Foto

11:28 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.
Əvvəlcə nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli liderimiz  Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, hörmət və ehtiramlarını ifadə ediblər.
Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.
Müşavirədə çıxış edən Müdafiə naziri hazırkı dövrdə belə təlimlərin  əhəmiyyətini xüsusi vurğulayaraq qarşıda duran vəzifələrdən danışıb, müvafiq tapşırıq və göstərişlər verib.


Bütün xəbərlər