Kifayət qədər daxili ehtiyatlara malik olan Azərbaycan elektrik enerjisini Rusiya və Gürcüstandan idxal edir

12:18 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Beləliklə, “Azərenerji" ASC bildirir ki, Mingəçevir İES-də baş verən qəzadan sonra bütün ölkədə elektrik enerjisi tam bərpa olunub.

“Azərenerji”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib ki, Bakıda və ölkənin regionlarında enerji təchizatı bərpa olunub və yeni pozuntuların qarşısını almaq üçün profilaktik işlər aparılır.

“Azərenerji”nin nümayəndəsi həmçinin qeyd edib ki, Azərbaycanın, əlavə elektrik enerjisi idxalına əl atmadan, enerji təchizatını təmin etmək üçün kifayət qədər daxili ehtiyatları var. Eyni zamanda o, qeyd edib ki, hazırda Azərbaycan və Rusiyanın enerji sistemləri paralel rejimdə fəaliyyət göstərir.

Belə ki, ilk qəza baş verdiyi 3 iyul gecəsindən başlayaraq, Azərbaycan elektrik enerjisini Gürcüstandan alır (“Gürcüstan Dövlət Elektrik Sistemi” SC), onlar bizə 86 MVt ötürürlər. Həmçinin Rusiya (OSC “İnter RAO”) bizə 200 MVt-lıq enerji tədarük edir.

Beləliklə, daxili ehtiyatları olan Azərbaycanın, öz ehtiyatlarından istifadə etmək əvəzinə, elektrik enerjisini qonşu ölkələrdən idxal etməsi səbəbi məlum deyil.

 

Bütün xəbərlər