Azərbaycan Respublikasının Baş naziri anomal istilər səbəbindən işçilərin hüquqlarının qorunmasına dair sərəncam verib

14:49 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Azərbaycanın Baş naziri Novruz Məmmədov ölkədə müşahidə edilən anomal hava şəraiti ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 4, 5, 6, 7 iyul tarixlərində anomal hava şəraiti davam edəcəyi ilə bağlı, dövlət orqanları, fiziki və hüquqi şəxslər  Azərbaycanın Əmək Məcəlləsinin 223-cü maddəsinin tələblərinə riayət etməlidirlər.

Maddə 233 isti hava şəraitində işlərin dayandırılmasını və fasilələri nəzərdə tutur. Havanın temperaturunun Selsi ilə 41 dərəcədən çox olduğu şəraitdə açıq havada işləyən işçilərə bu maddədə nəzərdə tutulmuş qaydada fasilələr təqdim edilir və ya iş dayandırılır.

Havanın temperaturu və küləyin sürəti işçilərə fasilələlər təqdim etmək və ya işi dayandırmaq üçün əsas hesab olunur. Fasilələr iş vaxtına daxil edilir, və bu fasilələrin müddətinə görə əmək haqqı tarif maaşı üzrə işçilərə ödənilir. İşin dayandığı zaman boşdayanma müddəti, işçinin təqsirindən baş verməyən boşdayanma kimi, tarif maaşının ən azı iki üçdə biri ölçüsündə ödənilir.

 

Bütün xəbərlər