İtaliyanın xəbər agentliyinin saytında xarici işlər naziri Elmar Məmmədyarovun İtaliyaya səfərinə dair məqalə dərc olunmuşdur

09:41 - 30.10.2017


İtaliyanın aparıcı xəbər agentliklərindən olan “Agenparl” informasiya agentliyinin saytında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun 24-25 oktyabr tarixlərində Siciliya regionunun Palermo şəhərində keçirilmiş ATƏT-in Aralıq dənizi Konfransında iştirak etmək üçün İtaliyaya səfərinə dair məqalə dərc olunmuşdur.

Məqalədə nazir Elmar Məmmədyarovun sözügedən konfransda etdiyi çıxışına geniş yer verilir, həmçinin səfər çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ancelino Alfano və Palermo şəhərinin meri Leolika Orlando ilə görüşləri və həmin görüşlərdə müzakirə olunan məsələlər barədə danışılır.

Bütün xəbərlər