Pakistanda Azərbaycanın Ticarət Evi açıla bilər

16:06 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Azərbaycan Pakistanda Ticarət Evi açmaq niyyətindədir.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Pakistan biznes forumunda bildirib ki, təklif Nazirliyə təqdim edildikdə, lazımi tədbirlər görüləcək.

“Pakistan bizim üçün çox vacib bir bazar və prioritetdir. İnanıram ki, Azərbaycanın Ticarət Evi Pakistanda da açılacaq”, - deyə nazir müavini bildirib.

 

Bütün xəbərlər