AMB qısamüddətli notlar yerləşdirdi

16:55 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, iyulun 4-də AMB hərracda 50100470S nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə notlar təklif etmişdir.

16 investordan ümumi  578 629,4 min manat məbləğinə 25 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti  və orta ölçülmüş qiyməti 99, 3812 AZN (gəlirlik 8,01%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200  milyon manat təşkil etmişdir.

Notların ödəmə tarixi: 1 avqust 2018-ci il.

 

Bütün xəbərlər