Azərbaycanda hava soyuyacaq, temperatur 6 dərəcə enəcək

17:15 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyini xəbər verir.

Nazirlikdən xəbər verildiyi kimi, iyulun 5-i axşam saatlarından iyulun 9-na qədər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

“Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək, bəzi yerlərdə külək güclənəcək”, - deyə nazirlikdən bildirildi.

Nazirlikdən həmçinin xəbər verildi ki, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

 

Bütün xəbərlər