“Nar” şəbəkəsi tam gücü ilə abunəçilərə xidmət göstərir

04.07.2018,18:03


4 iyul, Fineko/abc.az. Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri addımlar atıb. Son iki gün ərzində operatorun və tərəfdaş şirkətlərin texniki heyəti sahə və ofislərdə növbə ilə 24/7 rejimində çalışır. Mobil xidmətlərin sabitliyini təmin etmək üçün sahələrdə generatorlardan istifadə olunur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində “Nar” 2G/3G/4G şəbəkələrinin müvafiq stabillik göstəricisi təmin edib.

Qeyd edək ki, iki gün öncə başlayan elektrik enerjisi kəsintilərinə baxmayaraq, “Nar” şəbəkəsinin əksər hissəsi bütün ölkə ərazisində abunəçilərə xidmət göstərməyə davam edib. Mobil rabitə xidmətlərinin göstərilməsində çətinliklərin yaşanmaması məqsədilə paytaxt və bölgələrdə mövcud olan bütün resurslar səfərbər edilib, şəbəkənin normal rejimdə fəaliyyəti təmin edilib. “Nar” bu kimi vəziyyətlərdə yarana biləcək çətinliklərin qarşısının alınması üçün önləyici tədbirlər görməyə davam edir. 

Açar sözlər: Nar