Naxçıvandan Türkiyəyə hər il $100 milyon həcmində rüsumsuz əsaslarla mal tədarük ediləcək

12:02 - 30.10.2017


Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin İğdır şəhərində keçirilən biznes forumunda iştirak edib.

Forum əsnasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi demişdir ki, Türkiyənin Nazirlər Kabinetinin qərarı ilə, Naxçıvan MR-da istehsal olunan və istehsal potensialına malik olan mallar (43 adda mallardan 13 kənd təsərrüfatı malları və 30 sənaye malları) ixrac rüsumlarından azad edilib. 

“Bu qərar, ticarət əlaqələrinin  genişləndirilməsinə və regionun inkişafına öz töhfəsini  verəcək. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödənilmədən ixrac ediləcək”, - nazir belə deyib.

Nazir Şahin Mustafayev qeyd edib ki, bu qərar, Naxçlvan MR-nın ixrac potensialının genişləndirilməsi baxımından, həmçinin İğdir, Qars, Ərzurum vilayətlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

 

Bütün xəbərlər