Mingəçevir İES-də yenidən yanğın baş verib

14:49 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən yanğın barədə məlumat yayıb.

FHN xəbər verir ki, iyulun 5-də, saat 08:25-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İES ərazisində baş verən yanğın haqqında məlumat daxil oldu. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri yanğın yerinə saat 08:28-də gəlmişlər.

Yanğın zamanı gərginlik transformatorların birinin açarı, naqillər və 400 kvadrat metr sahəyə dağılmış transformator yağı yanırdı. Digər transformatorlar alovdan qorunmuşdur.

Yanğın saat 08:46-da söndürülmüşdür.

 

Bütün xəbərlər