9 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir

14:55 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Ümumi müsahibəyə çıxarılan vəzifələrdən 5-i A növü - inzibati rəhbər vəzifələr üzrə (Əmlak Məsələləri Dövlət Komitəsi – 3 vəzifə, İqtisadiyyat Nazirliyi- 2 vəzifə), 28-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Əmlak Məsələləri Dövlət Komitəsi üzrə – 16 vəzifə, Hesablama Palatası üzrə – 2 vəzifə, Dövlət Xəzinədarlığı Agentliyi üzrə – 1 vəzifə, Şabran Rayon Məhkəməsi üzrə – 2 vəzifə, Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə – 3 vəzifə, Təhsil Nazirliyi üzrə – 2 vəzifə, Cəbrayıl Rayon Məhkəməsi Məhkəməsi üzrə – 1 vəzifə və Kəlbəcər Rayon Məhkəməsi üzrə – 1 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.     

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin rəisi, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində Strateji planlaşdırma və proqnazlaşdırma şöbəsində sektor müdiri, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan həmin Komitənin yanında Hərracların təşkili üzrə auksion mərkəzinin direktorunun müavini vəzifələridir.

Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılmışdır. Artıq regionlarda yaşayan vətəndaşlar sənəd qəbulu üçün Bakıya gəlmələrinə də ehtiyac olmayacaqdır.

Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizəd buradan “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 iyul 2018-ci il tarixindən 5 avqust 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.                                                                                   

Bütün xəbərlər