Təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib/Foto

17:06 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Genişmiqyaslı təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib. Bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.
Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.

 


Bütün xəbərlər