Azərbaycan neftinin qiyməti bir barelə 79,50 dollar təşkil edir

11:14 - 6.07.2018


6 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,12 (1,15%) dollar  cüzi enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,50 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 5 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (3 iyul – 74,14 dollar) 1,2 (1,6%) dollar enmiş və bir barelə 72,94 dollar təşkil etmişdir.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 4  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (iyulun 4-də – 78,24 dollar) 0,85 dollar (1,1%) ucuzlaşıb bir barelə 77,39 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 4,45 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər