“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “Standartlaşdırma ixracın inkişafına dəstək alətidir” mövzusunda semınar keçirilib

11:42 - 6.07.2018


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Azərbaycan Standartlaşdırma İnstitutu”nun birgə təşkilatçılığı ilə “Standartlaşdırma ixracın inkişafına dəstək alətidir” mövzusunda semınar keçirilib.

Təlimin təşkilatçıları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və “Azərbaycan Standartlaşdırma İnstitutu”nun direktoru Namiq Tağıyev bildiriblər ki, belə bir müzakirənin təşkil olunmasına səbəb, Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan standartlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericilik islahatları sertifikatlaşdırmanın və laborator-sınaq xidmətlərinin rəqabətli biznes mühitinin  formalaşmasına təsiri haqda ətraflı müzakirə aparmaqdır.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə əlavə edib ki, bu istiqamətdə məlumatlılığı təmin etmək, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara dəstək mexanizmidir.

“Azərbaycan Standartlaşdırma İnstitutu”nun direktoru Namiq Tağıyev isə bildirib ki, biznes strukturlarının ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı standartlaşıdrma üzrə milli orqan - Azərbaycan Standartlaşdırma İnstitutunun əsas məqsədi sahibkarlar arasında yüksək və peşəkar səviyyədə münasibətlərin qurulmasına start verilməsidir

“Azərbaycan Standartlaşdırma İnstitutu”nun mütəxəssisləri bir neçə təqdimatdan sonra,  sahibkarları maraqlandıran suallara cavab verib. Təlimdə fərqli istiqamətlər üzrə fəaliyyət göstərən  40 dan artıq sahibkar iştirak edib.

 

Bütün xəbərlər