Gürcüstan Azərbaycana elektrik enerjisi təchizatını ikiqat artırdı

12:04 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırdı.

Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun (ESCO) xəbərində deyildiyi kimi, çərşənbə günü Azərbaycan qəzaya görə elektriksiz qalmış ölkənin regionlarının təminatı üçün 2 milyondan çox kVt/s gücündə elektrik enerjisi almışdır.

ESCO-nun məlumatına görə, iyulun 1-də və 2-də Azərbaycana elektrik enerjisi tədarükləri olmayıb, iyulun 3-də və 4-də isə ümumilikdə onlar 3,1 milyon Kvt / s-dan çox enerji tədarük ediblər.

Azərbaycana elektrik enerjisinin tədarükü “Qardabani”  elektrik ötürücü xətti-330 kV ilə  həyata keçirilir.

 

Bütün xəbərlər