Ramazan Abdulatipov: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Astana sammitində imzalana bilər

13:16 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Danışıqları artıq 25 ildir davam edən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bu il imzalana bilər.

RF Prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipov  TASS agentliyinə verdiyi müsahibəsində bildirib ki, diplomatlar və Xarici İşlər Nazirliyinin nümayəndələri, beş ölkənin razılığa gələ biləcəyi nöqtəyə nəhayət yaxınlaşır.

“Buna görə də, ola bilər ki, Xəzəryanı dövlətlərin bütün rəhbərlərinin  ənənəvi olaraq iştirak etdiyi Dövlət başçılarının Astana sammitində bu il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mümkün olsun. Bu sənəd olmadan, aktiv iqtisadi əməkdaşlıq haqqında danışmaq çox çətindir, buna görə də Rusiya prezidenti Vladimir Putin Rusiya hökumətinin təqdim etdiyi təkliflərin bir variantını razılaşdırıb”, - deyə  R.Abdulatipov bildirib.

 

Bütün xəbərlər