Azərbaycanda təhsil liseyi bağlanıb, səbəblər açıqlanmır

06.07.2018,16:36


6 iyul, Fineko/abc.az. Azərbaycan Təhsil Nazirliyinə “İstək” liseyinin təsisçisi müraciət edib.

Nazirliyin məlumatına görə, “İstək” liseyinin təsisçisi fəaliyyətini dayandırmaq qərarı ilə əlaqədar liseyin pedaqoji və şagird tərkibinin  yerləşdirilməsində kömək üçün müraciət edib.

“Nazirlik yanında artıq liseyin şagird və pedaqoji tərkibinin bölgüsü üzrə xüsusi işçi qrupu yaradılmışdır”, - deyə nazirlikdən bildirildi.

“İstək” liseyinin fəaliyyətinin  dayandırılmasının səbəbləri açıqlanmır.

 

Açar sözlər: lisey