Vitali Bəylərbəyov: Cənub Qaz Dəhlizinə yeni potensial mənbələrdən qaz cəlb etmək imkanı var

17:59 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Azərbaycan Cənub Qaz Dəhlizi üçün yeni mənbələri cəlb etməkdə maraqlıdır.

SOCAR şirkətinin (ARDNŞ) marketinq ve iqtisadi əməliyyatlar uzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Moskva-Baku” internet portalına müsahibəsində bildirib ki, şirkət bunu dəfələrlə bildirib.

“Cənub Qaz Dəhlizi” sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməyə dair marağın olduğunu təsdiq edirəm. Təbii ki, ilk növbədə, “Şah Dəniz”lə yanaşı, Azərbaycanın öz imkanlarını müzakirə edirik. Hasilata hazırlıq mərhələsində olan “Abşeron” yatağı, “Ümid” yatağının işlənməsinin gələcəkdə genişləndirilməsi və hələlik iri işlərin aparılmadığı “Babək” yatağının onunla birləşdirilməsi layihəsinə dair ideyalar var. Onların hamısı Cənub Qaz Dəhlizi üçün Azərbaycan qazının növbəti mənbəyi ola bilər”, - V. Bəylərbəyov belə deyib.

Onun szölərinə görə, diqqət mərkəzində  yeni potensial mənbələrdən CQD-yə qazın vurulması imkanlarıdır.

“Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dəniz regionları ola bilər. Bu, Rusiya qazı da ola bilər. Bu mənada heç bir istisna və ya ayrı-seçkilik etmirik, bütün qaz istehsalçıları və sahibləri ilə işləməyə hazırıq. Bu əməkdaşlığın şərtləri çox sadədir: tədarükçü qanuni olmalıdır və sistemimizdən istifadə etməklə maraqlı olmalıdır. Kommersiya müqavilələri olduğu halda,  başqa bir məhdudiyyətimiz yoxdur”, - ARDNŞ-in vitse-prezidentinin müavini belə deyib.

 

Bütün xəbərlər