İlham Əliyev Azərbaycanın 2018-ci ilin dövlət büdcəsinə düzəlişləri təsdiq etdi

18:13 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin 2018-ci ilin büdcəsinə düzəlişləri təsdiq etdi.

Düzəlişlərə əsasən, 2018-ci ilin büdcə gəlirləri 22 149 000,0 min manat, xərcləri isə 23 100 000,0 min manat səviyyəsində müəyyən edilib. Mərkəzləşdirilmiş gəlirlər 21 495 650,0 min manat, yerli gəlirlər 653 350,0 min manat, mərkəzləşdirilmiş xərclər 22 376 075,0 min manat, yerli xərclər 723 925,0 min manat səviyyəsində müəyyən edilib.

Dövlət  büdcəsində edilən dəyişikliklər haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://static.president.az/media/W1siZiIsIjIwMTgvMDcvMDYvOGx3a3ZjbzJxal8xMTkzX1ZRLnBkZiJdXQ?sha=415ebfc8d0eafc53

 

Bütün xəbərlər