Azərbaycanda satılan alkoqollu məhsulların 70%-i saxtadır

12:51 - 30.10.2017


Məlum olduğu kimi, son illərdə Azərbaycanda, biznesin liberallaşdırılması və inkişafına yönəldilmiş bir sıra tədbirlər görülmüş, xüsusilə, ölkədə lisenziyalaşdırma prosesi sadələşdirilmiş, sahibkar fəaliyyətinin yoxlamaları (vergilər və əhalinin sağlamlığı üçün əhəmiyyətli olan sahələrdən başqa) praktiki olaraq ləğv edilmiş, biznes ilə dövlət arasında əməkdaşlıq münasibətləri formalaşdırılmaqdadır.

Lakin, təəssüflər olsun ki, bəzi biznes nümayəndələri, bundan istifadə edərək, qeyri-şəffaf rəqabət aparırlar ki, bu da yalnız qiymətlərin dempinqində deyil, həmçinin saxta məhsulların satışında izhar olunur və öz növbəsində, istehlakçıların sağlamlığına real təhlükə yaradır.

Saxta məhsulların yalnız mağazaların piştaxtalarında deyil, həm də, ictimai iaşə və turizmin miqyaslı inkişafı fonunda ölkənin siması olan turizm obyektlərində yayılması faktı narahatlıq üçün ciddi işarədir.

Bu günlərdə Azərbaycanın dövlət təhlükəsizliyik Xidməti xüsusi əməliyyatı keçirmiş və əməliyyatın yekununda, 619,5 min ədəd saxta aksiz markası götürülmüşdür. Aksiz markaları saxta alkoqollu məhsulların istehsalında istifadə məqsədi ilə Gürcüstandan gətirilmişdir, gələcəkdə isə həmin məhsulları yerli bazarda reallaşdırmaq planlaşdırılırdı. Bu hadisə ilk deyil, və onun həcmləri Azərbaycanda satılan alkoqollu məhsulların keyfiyyəti, həmçinin problemin əhatəliliyi haqqında xəbər verir. Belə ki, Azərbaycanın Vergilər Nazirliyi, aksizli məhsulların dövriyyəsinə nəzarəti həyata keçirən dövlət orqanı, yanvar-sentyabr aylarında 540 obyektlərdə keçirilən əməliyyat-nəzarət tədbirləri nəticəsində, 44779,23 aksizli, markalanmamış mal aşkar etmişdir. Şəhər və rayon məhkəmələrinin qərarı ilə, sahibkarlar 89,1 min manat məbləğində cərimə ödəmişdirlər.

Azərbaycanın Azad İstehlakçılar Birliyininin sədri Eyyub Hüseynov bildirib ki, birlik artıq 15 ildir ki, alkoqollu məhsul bazarında monitorinqlər keçirir və bu bazarın ən “çirkli” seqmentidir, çünki satılan məhsulların 70%-dən çoxu saxtadır.

“Dövlət təhlükəsizliyik xidmətinin keçirdiyi son əməliyyat, bu sahədə ən uğurlu əməliyyat olmuşdur, fakt üzrə cinayət işləri açılmış və hətta altı nəfər saxlanılmışdır. Təəssüf ki, bu, saxta məhsulların və aksiz markalarının ölkəyə gətirilməsi faktlarından yalnız biridir”, - E.Hüseynov belə hesab edir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, istehlakçılardan daxil olan istənilən şikayətə baxmağa hazırdır, lakin belə şikayətlər daxil olmayıb, bu isə onu bildirir ki, bazar saxta məhsullar içində o dərəcədə batıb ki, istehlakçılar əsl malı saxta maldan artıq ayıra bilmir.

Bu zaman isə, Dövlət Gömrük Komitəsi aksizlər üzrə dərəcələrin qaldırılmasını təklif edir və bunu daxili istehsalın stimullaşdırılması üzrə ölçülərlə əlaqələndirir.

Alkoqollu məhsulların idxalçıları aksiz vergisinin artımı haqqında təklifə dərhal reaksiya verərək hesab edirlər ki, bu ölçü, saxta məhsullar bazarının artmasını stimullaşdıracaq.
İdxalçılar, aksiz dərəcələrin qaldırılmasını, aksizli məhsulların dövriyyəsinə nəzarət mexanizmlərinin sərtlərşdirilməsi və optimallaşdırılması ilə, alkoqollu məhsulların istehsalı və ya ixracı anından etibarən onların son istehlakçı tərəfindən əldə edilməsi anına qədər dövriyyəsini izləməyə imkan verən mexanizmin tətbiqi ilə əvəz etməyi təklif edirlər.

Həmçinin hesablamaların aparılması üzərində nəzarət mexanizmlərini təkmilləşdirmək təklif edilir. Belə ki, qanunvericiliyə əsasən, alkoqollu məhsulların əldə edilməsi və satışı zamanı (pərakəndə satışı istisna olmaqla) hesablamalar yalnız nağdsız formada aparılmalıdır, lakin, təəssüf ki, hətta bu tələblərə riayət edilmir və bu da ölkənin dövlət büdcəsinə ayırmaların ixtisarına gətirib çıxarır.

Məlum olduğu kimi, bu, sözügedən seqmentin yeganə problemi deyil və sahibkarlar arasında dempinq tətbiq edənlər də var ki, bu da həmçinin yerli qanunvericiliyə ziddir.

Bütün xəbərlər