ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək

11:14 - 9.07.2018


9 iyul, Fineko/abc.az. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 10-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Joviç və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirəcəklər.

 

Bütün xəbərlər