Depozit hərracında 800 milyon manatdan çox vəsait təklif edilib

12:38 - 9.07.2018


9 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracı keçirib.

AMB-in məlumatında deyilir ki, hərracda 350 milyon manat cəlb edilib.

“Depozit hərracında 845,27 milyon manat təklif edilmişdir. Orta  ölçülmüş faiz dərəcəsi 8,01% təşkil etmişdir”, - AMB-in məlumatında belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

 

Bütün xəbərlər