Ermənilərin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb

14:07 - 20.09.2023


20 sentyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

O həmçinin bunları deyib: “Bizim texniki vasitələrimizin və müşahidə vasitələrinin nəzarəti altında şəxsi heyətin geriyə çəkilməsi və könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır”.

 

Bütün xəbərlər