Bakı Dəmiryolu Vağzalının tranzit kassalarında beynəlxalq reyslərə biletlərin satışı başlandı

09.07.2018,13:10


9 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bilet satışı xidmətinin sadələşdirilməsi üzrə tədbirlər görür.

ADY-in məlumatında deyilir ki,  Bakı Dəmiryolu Vağzalının tranzit kassalarında  Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən Azərbaycana gələn sərnişin qatarlarına bilet satışı həyata keçirilir.

“Bilet satışı Bakıdan beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına qatarın yola düşməsinə 10 gün, Tbilisidən Bakıya 40 gün, Moskvadan və Rostovdan Bakıya 45 gün, Kiyevdən Bakıya 30 gün, Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına 90 gün qalmış başlayır”, - məlumatda belə deyilir.

 

Açar sözlər: ADY tranzit kassası