Bakıda “ADA – Avropa Birliyi 2018” yay məktəbi fəaliyyətə başlayıb

09.07.2018,14:06


İyulun 9-da ADA universitetində  “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb.

Bir ay davam edəcək yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara həmçinin, “ADR 100 – şərqdən qərbə”, “İnformasiya texnologiyaları üzrə mütəxəssislər”, “Ən yaxşı kiçik bankçı”, “Ətraf mühitin qorunması” mövzularında mühazirələr keçiriləcək.

Təlim iştirakçıları təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər.