Azərbaycanda 44 dövlət obyekti hərraca çıxarıldı

14:29 - 9.07.2018


9 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərrac keçirir.

Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac avqustun 7-də keçiriləcək.

“Hərraca 44 obyekt, o cümlədən, 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisəsi və obyekti, 15 qeyri-yaşayış obyekti çıxarılacaq”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, hərrac haqqında ətraflı məlumatı privatization.az və  emdk.gov.az  ünvanlarında almaq olar.

 

Bütün xəbərlər