15:42 - 21.09.2023
21 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.
Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
26 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023