Azərbaycan və Türkiyə Preferensial Ticarət Saziş imzalayacaq

13:16 - 30.10.2017


Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin bağlanmasına dair danışıqlar aparır.

İğdır şəhərində keçirilən Türkiyə-Azərbaycan biznes forumu zamanı Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, yanvar-sentyabr aylarında iki ölkə arasında dövriyyənin əhəmiyyətli dərəcədə artımı müşahidə edilmişdir.

“Hal-hazırda Preferensial Ticarət Sazişinin bağlanması barədə danışıqlar aparılır. Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 mindən çox, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11,7 mlrd. ABŞ dolları, Azərbaycanın Türkiyəyə investisiyaları isə 10,1 mlrd. ABŞ dolları təşkil edir”, - nazir belə deyib.

 

 

Bütün xəbərlər