Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu ləğv edilmiş bankların əmlakını satışa çıxarır

14:54 - 9.07.2018


9 iyul, Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv prosesində olan bankların daşınar və daşınmaz əmlakını hərraca çıxarıb.

AƏSF-in məlumatında deyilir ki, “Bank Standard”, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azerbaycan” və “Qafqaz Inkişaf Bankı”nın əmlakı 45 lot üzrə satılacaq.

“Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək”, - məlumatda belə deyilir.

Hərraca çıxarılmış obyektlərlə aşağıdakı linkə keçərək almaq olar:

http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80

 

Bütün xəbərlər