Naxçıvanda may-avqustda 13 minə yaxın uçotdan yayınma halı aşkarlanıb

15:56 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının yeni vergi inzibatçılığı çərçivəsində dürüstləşdirilməsi prosesinə yekun vurulub.

ABC.AZ xəbər verir ki, bu ilin may-avqust aylarında muxtar respublika üzrə 4.691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb. Dürüstləşdirmə işləri zamanı vergi ödəyicilərinin faktiki uçot məlumatları ilə vergi orqanlarının uçot baza məlumatlarının müqayisəsi zamanı 12.542 kənarlaşma aşkarlanıb. Bununla yanaşı, təsərrüfat obyektlərinin mövcudluğu, vergi ödəyicilərinin və obyektlərinin fəaliyyət növü, təsərrüfat subyektinin (obyektinin) vəziyyəti (aktiv, passiv), obyektdən istifadə hüquqlarının araşdırılması, sahəsi və digər uçot məlumatları dəqiqləşdirilib. Dürüstləşdirmə dövründə 361 ədəd köhnə nəsil NKA qeydiyyatdan çıxarılıb, 279 ədəd yeni nəsil NKA-nın və 302 ədəd POS-terminalın tətbiqi təmin edilib.

Bütün xəbərlər