“ASAN xidmət” mərkəzlərində 18 milyon vətəndaşa xidmət göstərilib

13:17 - 30.10.2017


“ASAN xidmət” mərkəzində 18 milyonunçu müraciət qeydə alınıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, 18 milyonunçu müraciət Gəncə şəhərindəki “ASAN xidmət” mərkəzində qeyd edilib. 

Pasportun yenilənməsi üçün müraciət edən Gəncə sakini, “ASAN xidmət” tərəfindən simvolik hədiyyələrlə mükafatlandırılıb.

 

Bütün xəbərlər