Azərbaycanda hotel şirkətinin rəhbəri dəyişib

17:01 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. “PMD Hospitality” MMC-nin idarəetməsində olan hotel şirkətinin rəhbəri dəyişib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Emin Həsənov Nizami oğlu “Excelsior Hotel” MMC-nin baş icraçı direktoru təyin edilib.

O, bu vəzifədə Elvin Rəhimov Fazil oğlunu əvəz edib.

Qeyd edək ki, “Excelsior Hotel” MMC 2019-cu ildə təsis edilib, eyni adlı hotelin idarəedici şirkətidir. Şirkətin 1.63 milyon manat nizamnamə kapitalı mövcuddur.

Bütün xəbərlər