“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin sədri dəyişdi

17:39 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. “PSG-Kapital İnvestisiya Şirkəti” ASC şirkətinin Müşahidə Şurasının sədri dəyişdirilir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Vüqar Mirzəyev Müşahidə Şurasının sədri vəzifəsindən azad edilib. Onun yerinə Şahin Rəcəbov təyin edilib.

Qeyd edək ki, “PSG Kapital”ın Müşahidə Şurasında digər təmsil olunan üzvlər Babək Orucov və Fəxri Səttərovdur.

Bütün xəbərlər