AMB 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

09.07.2018,17:31


9 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, iyulun 11-də 50100570S dövlət nömrəli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notların həcmi 250 milyon manat, hər birinin nominal dəyəri 100 manat təşkil edir. tədavül müddəti 28 gündür”, - BFB-in məlumatında belə deyilir.