Rusiyanın “SCADA” şirkəti Azərbaycanın otelində ölümlə nəticələnən bədbəxt hadisənin səbəbkarıdır

09.07.2018,17:41


9 iyul, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyi, “Quba Palace Otel”də baş vermiş bədbəxt hadisə ilə əlaqədar məlumat yayıb.

FHN-in məlumatında bildirilir ki, bu gün “Quba Palace Hotel”də kanat yolu qırılıb.

“İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, Rusiyanın "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır”, - deyə məlumatda qeyd edilir.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.

 

Açar sözlər: Quba Palace Hotel SCADA